Azərbaycanda ağır mikroavtobus qəzası - 20 nəfər xəsarət aldı

Azərbaycanda ağır mikroavtobus qəzası - 20 nəfər xəsarət aldı
Ağdam-Füzuli yolunda mikroavtobus aşıb.
 Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, hadisə bu gün səhər saatlarında yolun 22-ci kilometrliyində baş verib.
 Belə ki, "Ford" markalı mikroavtobusun aşması nəticəsində 20 nəfər xəsarət alıb.
 Faktla bağlı araşdırmalar aparılır.
 Əzizə İsmayılova