“Qarabağ” və “Tvente”dən hərəyə bir qələbə
12-iyl, 11:22 89 Gündəm / İdman
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün daha iki yoxlama oyunu keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın “Tvente” klubu ilə üz-üzə gələcək.
İlk görüş Bakı vaxtı ilə saat 17:00-da, ikinci isə 19:15-də başlayacaq.
Qeyd edək ki, Qurban Qurbanovun komandası Avstriyadakı ilk sınaq matçında Ukraynanın “Metallist 1925” (Xarkov) klubuna uduzub - 4:5. “Qarabağ” Bakıdakı yoxlama matçında isə "Zirə"yə 4:0 hesabı ilə qalib gəlib.
İyulun 15-də toplanışın son matçında isə “Qarabağ”ın rəqibi “Zalsburq” (Avstriya) olacaq.
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.
***
Ads by
0 Reklamınızı SmartBee ilə effektiv edin.
Ağdam təmsilçisi ilə “Tvente”nin ilk görüşü “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində qolları Abdullah Zubir (dubl) və Leandro Andrade vurub.
0 Reklamınızı SmartBee ilə effektiv edin.İkinci matç isə 19:15-də başlayacaq.
***
İkinci qarşılaşma Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
“Köhlən atlar”ın heyətində ilk qolu Abbas Hüseynov vurub.
Qeyd edək ki, Qurban Qurbanovun komandası Avstriyadakı ilk sınaq matçında Ukraynanın “Metallist 1925” (Xarkov) klubuna uduzub - 4:5. “Qarabağ” Bakıdakı yoxlama matçında isə “Zirə”yə 4:0 hesabı ilə qalib gəlib.
İyulun 15-də toplanışın son matçında isə “Qarabağ”ın rəqibi “Zalsburq” (Avstriya) olacaq.
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.











Bizi Facebookda izləyin





