Azərbaycan klubunun oyunçusu Osimhenlə video paylaşdı

azerbaycan-klubunun-oyuncusu-osimhenle-video-paylasdi
“Karvan-Yevlax”ın nigeriyalı oyunçusu Qavi Tompson həmyerlisi, ulduz futbolçu Viktor Osimhenlə video paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu video ilə “Qalatasaray”ın forvardının doğum gününü təbrik edib. 
Paylaşıma isə bu sözləri yazıb: “Uzun ömür və xeyirli günlər”.
Qeyd edək ki, Qavi Tompson bu ilin iyul ayında “Karvan-Yevlax”a transfer olub.