İtaliya A Seriyası: "Roma" minimal hesabla uduzdu

İtaliya A Seriyası: Roma minimal hesabla uduzdu
İtaliya A Seriyasının 23-cü turunun oyunları çərçivəsində "Udineze" - "Roma" qarşılaşması baş tutub.
 Oxu.Az xəbər verir ki, oyun ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
 Matçda yeganə qolu Yurgen Ekkelenkamp vurub.
 
 Bu nəticə ilə "Roma" 43 xalla 5-ci pillədə qərarlaşıb. Xal ehtiyatını 32-yə çatdıran "Udineze" isə 9-cu yerə qalxıb. Turnir cədvəlinə 55 xalla "İnter" başçılıq edir.