“İmişli” “Şamaxı”ya, “Kəpəz” “Sabah”a qarşı

imisli-samaxiya-kepez-sabaha-qarsi
Bu gün Misli Premyer Liqasında 21-ci tura yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə “İmişli” “Şamaxı”nı qəbul edəcək. Qubada keçiriləcək görüş saat 16:30-da başlayacaq. Komandaların ilk dövrədəki oyununda “Şamaxı” 1:0 hesabı ilə qalib gəlib.
Günün son oyununda isə “Sabah” “Kəpəz”i qəbul edəcək. Masazırda keçiriləcək oyunun start fiti saat 17:00-da veriləcək. Bu komandaların ilk dövrədəki qarşılaşmasında “Sabah” 3:1 hesablı qələbə qazanıb.
22 fevral (bazar)
14:30. “İmişli” – “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Quba OİK stadionu
17:00. “Sabah” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
“Bank Respublika Arena”.