“Beşiktaş” və “Fənərbaxça” 1/4 finalda

besiktas-ve-fenerbaxca-14-finalda
Türkiyə kubokunda C qrupunun sonuncu - 4-cü turunun oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, turun bütün matçları eyni gündə oynanılıb.
“Beşiktaş” “Rizespor”u 4:1 hesabı ilə məğlub edib. “Fənərbaxça” isə “Qaziantep”ə 4 cavabsız qolla qalib gəlib.
Yekunda turnir cədvəlində “Beşiktaş” 10 xalla lider olub. “Fənərbaxça” isə 9 xalla 2-ci yer tutub. Hər iki komanda birbaşa olaraq 1/4 finala yüksəlib. “Erzurumspor” isə növbəti mərhələ uğrunda pley-off oynayacaq.
Türkiyə kuboku, qrup mərhələsi
C qrupu
“Erzurumspor” – “Keçiörengücü” - 4:2
Qollar: Hüsametin, 3, Silla, 49, Sever, 79, Emin, 90+3 - Yılmaz, 35-pen; Çelik 45
“Beşiktaş” – “Rizespor” - 4:1
Qollar: Murillo, 27, Uçan, 38, Hion-Qyu, 42Ş Yılmaz, 81 - Papanikolau, 86
“Beyoğlu” – “Kocaelispor” - 1:0
Qol: Kurtoğlu, 57
“Qaziantep” – “Fənərbaxça” - 0:4
Qollar: Musaba, 33, Şerif, 48, Dorqeles, 79, Braun, 86
Xallar: “Beşiktaş” - 10, “Fənərbaxça” - 9, “Erzurumspor” - 6, “Qaziantep” - 6, “Kocaelispor” - 4, “Rizespor” - 4, “Beyoğlu” - 4, “Keçiörengücü” – 3.