Daha bir güləşçimiz Avropa çempionu oldu
16-mar, 08:22 3 İdman
Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev (82 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının qalibi olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Təmsilçimiz finalda gürcüstanlı Tornike Mikeladzeyə 3:2 hesabıyla qalib gələrək Avropa çempionu tituluna yiyələnib.
Xatırladaq ki, Daha əvvəl Ali Tsokayevlə (92 kq) Günay Qurbanova (59 kq) Avropa çempionu adını qazanıblar.





