Nəriman ABŞ-də ilk oyununa çıxdı - Komandası uduzdu
22-mar, 10:43 11 İdman
ABŞ-nin “Kolambus Kru” klubuna transfer olunan Nəriman Axundzadə bu komandada ilk oyununa çıxıb.
“Qafqazinfo” xəbər verir ki, o, MLS-in 5-ci turunda “Toronto” ilə matçda əvəzetmədən meydana daxil olub.
O, 88-ci dəqiqədə Andre Qomesi əvəzləyib.
Qeyd edək ki, matç “Kolambus Kru”nun 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.





