“Bavariya” 54 illik rekordunu yenilədi

bavariya-54-illik-rekordunu-yeniledi
Almaniya Bundesliqasında növbəti tur çərçivəsində keçirilən görüş “Bavariya” üçün əlamətdar hadisə ilə yadda qalıb.
“Qafqazinfo” xəbər verir ki, çempionatın 29-cu turunda “Sankt-Pauli” ilə qarşılaşmada (0:5) hesabı açan “Rekordmayster” cari mövsümdəki 102-ci qolunu vurub.
Bununla da komanda 1972-ci ildə əfsanəvi Gerd Müllerin dövründə müəyyənləşən 101 qolluq rekordu geridə qoyub.
Qeyd edək ki, çempionatın sonuna hələ beş tur qaldığını nəzərə alsaq, Münxen təmsilçisinin bu göstəricini daha da təkmilləşdirəcəyi gözlənilir.