“Xalqımızdan üzr istəyirəm...”

xalqimizdan-uzr-isteyirem
“Zərbələr vururuq, qol olmur. Top dirəkdən qayıdır. Bu, sadəcə bəxtsizlikdir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “TRT Spor” a Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu Paraqvaya 1:0 uduzduqları oyundan sonra deyib.
O rəqibin cəmi bir zərbə ilə oyunu qazandığını bildirib: “Söz tapmaq çətindir. Əlimizdən gələnin hamısını etdik, amma alınmadı. Xalqımızdan üzr istəyirəm, gənc komandayıq. Qarşıda bizi hələ çox turnirlər gözləyir. Bəlkə də bu, mənim son turnirim ola bilər, amma gəlin gənc oyunçularımıza sahib çıxaq və onları dəstəkləyək”.
“Ay ulduzlar”ın gənc oyunçusu Arda Gülər də Türkiyə xalqından DÇ ilə vidalaşdıqlarına görə üzr istəyib: “Utanırıq. Çox böyük klublarda oynayırıq və bunu meydanda da göstərməliyik. İki oyunda qol vura bilmədik. Milli komanda karyeram boyunca bu turniri unutdurmaq üçün əlimdən gələni edəcəyəm. Xalqımızdan üzr istəyirik”. 
Qeyd edək ki, Türkiyə yığması ilk turda Avstraliyaya 0:2 hesabı ilə, budəfəki turda isə Paraqvaya 1:0 uduzmaqla dünya çempionatı ilə vidalaşıb.