“Qarabağ”dan ayrılan Addainin yeni klubu
28-iyl, 11:34 3 İdman
“Qarabağ”ın sabiq futbolçusu Emmanuel Addainin yeni komandası müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, Belçikanın yüksək liqa təmsilçisi “OH Leuven” klubu 24 yaşlı futbolçunu heyətinə qatdığını açıqlayıb.
Onunla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Addai yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Addai 2024-2026-cı illərdə “Qarabağ”da oynayıb. Bu yay onunla başa çatan müqavilənin müddəti uzadılmayıb.





