Böyük Dəbilqə: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır
02-apr, 10:47 161 İdmanAzərbaycanın daha dörd cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə bu gün mübarizəyə başlayacaq.
Oxu.Az xəbər verir ki, son olaraq 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 final mərhələsində İvaylo İvanov (Bolqarıstan)/Paul Kibikay (Qabon) cütünün qalibi ilə üz-üzə gələcək.
Eyni çəkidəki Murad Fətiyev 1/32 finalda Li Namhunun (Cənubi Koreya) müqavimətini qırmağa çalışacaq.
100 kq-dan yuxarı çəkidəki idmançılardan Uşangi Kokauri 1/16 finalda Yevgeni Balyevski (Ukrayna)/Qalimjan Krikbay (Qazaxıstan) duelinin güclüsü ilə görüşəcək.
Eyni çəkidəki Camal Qamzatxanov 1/32 finalda Şoxrux Mamarasulovla (Özbəkistan) qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Səid Mollayi (81 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.