“Real”ın keçmiş ulduzu klubsuz qaldı

“Olimpiakos”un futbolçusu Xames Rodriqeslə yollarını ayırıb.
Pirey təmsilçisinin mətbuat xidməti kolumbiyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
Karyerası ərzində “Real”, “Portu”, “Bayern” kimi klublarda çıxış etmiş Xames 2022-ci ilin sentyabrından “Olimpiakos”un formasını geyinirdi.