Ronaldunun sevgilisi ayrılıq iddialarına münasibət bildirib

Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriqes ulduz futbolçu ilə ayrılacaqları ilə bağlı iddialara münasibət bildirib.
O, özünün “Instagram” hesabının hekayə bölümündə məlumatları təkzib edib:
“Paxıl insanlar şayiə yayır, dedi-qodu edir və axmaqlar da inanırlar”, - Corcina yazıb.
Xatırladaq ki, C.Rodriqesin çox pul xərcləməsinə görə Ronaldunun onunla ayrılmaq istədiyinə dair xəbərlər yayılıb.
Mənbə: Oxu.Az