“Mançester Yunayted”də rəhbərliklə baş məşqçi arasında fikir ayrılığı

“Mançester Yunayted” rəhbərliyi ilə komandanın baş məşqçisi Erik ten Haq arasında fikir ayrılığı yaranıb.
Niderlandlı mütəxəssis hücumçu Antoni Marsyalın göndərilməsini istəyir. Ancaq klubun sahibi Joel Qleyzer bununla razı deyil.
Məlumata görə “qırmızı şeytanlar”ın rəhbəri fransalı futbolçunun azarkeşidir. O, hətta Marsyalı braziliyalı əfsanəvi futbolçu Peleyə bənzədir.
2015-ci ildə “Monako”dan “Mançester Yunayted”ə transfer olunan futbolçunun klubla müqaviləsi gələn ilin yayına qədərdir.
Mənbə: Oxu.Az