“Maynts” Fələstini dəstəklədiyi üçün kənarlaşdırılan futbolçunu geri qaytardı
31-okt, 09:38 225 İdman
Almaniya Bundesliqası klubu “Maynts” daha əvvəl Fələstinə dəstək verdiyi üçün cəzalandırılan və komandadan kənarlaşdırılan Ənvər əl-Qazini geri qaytarıb.Bu barədə komandanın rəsmi saytı məlumat yayıb.
Qeyd olunur ki, 28 yaşlı futbolçu klub rəhbərliyinə mövqeyini izah edib və onun yenidən heyətə qaytarılmasına qərar verilib.
Yeri gəlmişkən, əl-Qazi yalnız cari mövsümün əvvəlindən “Maynts”da çıxış edir.
Onu da əlavə edək ki, hazırda klub Bundesliqanın autsayderlərindən biridir.
Mənbə: Oxu.az





