“Qarabağ”ın doğma meydanda məğlubiyyətsiz oyunlar seriyası başa çatıb
10-noy, 13:05 100 İdman“Qarabağ”ın qitə kuboklarında doğma meydanda məğlubiyyətsiz oyunlar seriyası başa çatıb.
“Report” xəbər verir ki, Ağdam təmsilçisi 14 qarşılaşmadan sonra meydanı məyus tərk edib.
Qurban Qurbanovun yetirmələri ötən gün UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Almaniyanın “Bayer 04” klubuna 0:1 hesabı ilə uduzublar.
“Qarabağ” son dəfə avrokuboklarda doğma azarkeşləri önündə Fransa “Marsel”inə 2022-ci il fevralın 24-də məğlub olub - 0:3. Bu görüş UEFA Konfrans Liqasının pley-off mərhələsində baş tutub.
Qeyd edək ki, “köhlən atlar” 633 gündən sonra ev oyununda məğlubiyyətlə barışıblar. Ağdam təmsilçisi arxada qalan müddətdə avrokuboklarda doğma meydanda keçirdiyi 14 matçın 8-də qələbə qazanıb, 6-da heç-heçə edib.