Maks Ferstappen sərxoş vəziyyətdə Qətər Qran-prisini qazanıb
09-dek, 17:35 84 İdman“Red Bull”un pilotu Maks Ferstappen sərxoş vəziyyətdə “Formula-1” üzrə dünya çempionatının Qətər Qran-prisini qazanıb.
Bunu “McLaren”in sürücüsü Oskar Piastri açıqlayıb.
O bildirib ki, mövsümün 17-ci mərhələsi zamanı niderlandlı sərxoş olsa da, onu qabaqlaya bilməyib:
“Qətərdəki yarışdan sonra Maksla podiuma çıxmazdan əvvəl söhbət etdik. Həmin vaxt onun səhərə qədər spirtli içki qəbul etdiyini və sərxoş vəziyyətdə qalib gəldiyini öyrəndim. Mən isə finişə ikinci çatmışdım. Amma Ferstappeni başa düşmək olardı. Çünki çempionluq titulunu qazanmışdı və bunu qeyd edirdi. Onun yerində olsaydım, mən də eyni şeyi edərdim”.
Qeyd edək ki, Maks Ferstappen Qətər Qran-prisində sprint yarışından sonra çempionluğunu təmin edib. 2023-cü il mövsümünün 19 mərhələsində finişə birinci çatan “Red Bull”un sürücüsü üçüncü dəfə dünya çempionu olub.