2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçular açıqlanıb
03-yan, 12:25 127 İdman2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçular bəlli olub.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytı xəbər verir ki, siyahıya belçikalı hücumçu Romelu Lukaku başçılıq edir.
Mövsümün əvvəlində İtaliyanın “İnter” klubundan “Roma”ya keçən 30 yaşlı forvard avrokuboklarda və milli komandada 22 (15 yığma, 7 klub) dəfə fərqlənib.
İngiltərənin “Mançester Siti” komandasının və Norveç millisinin oyunçusu Erlinq Holand 18 qolla (6 yığma, 12 klub) ikinci, Portuqaliya təmsilçisi “Portu”da çıxış edən iranlı Mehdi Taremi 14 qolla (12 yığma, 2 klub) üçüncü olub.