Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.
Oxu.Az-ın məlumatına görə, günün yeganə matçı Tovuzda keçiriləcək.
“Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşma saat 16:30-da başlayacaq.
Meydan sahibləri 42 xalla altıncı, “gənclik şəhəri” təmsilçisi 44 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər matçları aprelin 20-21-də gerçəkləşəcək.