Portuqaliya və İspaniyadan qələbə - Millətlər Liqası

Millətlər Liqasında 3-cü tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, son gündə 8 matç keçirilib.
Kriştiano Ronaldonun kapitanı olduğu Portuqaliya Polşa ilə səfər oyununda qələbə qazanıb. Son Avropa çempionu olan İspaniya millisi isə Danimarkanı məğlub edib.
UEFA Millətlər Liqası, 3-cü tur
12 oktyabr
A Liqası
1-ci qrup
20:00 Xorvatiya – Şotlandiya - 2:1
Qollar: Matanoviç, 36, Kramariç, 70 - Kriste, 33
22:45 Polşa – Portuqaliya - 1:3
Qollar: Zelinski, 78 - Silva, 26, Ronaldo, 37, Bednarek, 88-avtoqol
Xallar: Portuqaliya – 9, Xorvatiya – 6, Polşa – 3, Şotlandiya – 0
4-cü qrup
22:45 Serbiya – İsveçrə - 2:0
Qollar: Elvedi, 45+1-avtoqol, Mitroviç, 61
22:45 İspaniya – Danimarka - 1:0
Qollar: Zubimendi, 79
Xallar: İspaniya – 7, Danimarka, 6, Serbiya – 4, İsveçrə – 0
C Liqası
2-ci qrup
17:00 Litva – Kosovo - 1:2
Qollar: Qolubiçkas, 84 - Zeqrova, 20, Krasniqi, 65
22:45 Kipr – Rumıniya - 0:3
Qollar: Men, 16, Marin, 25-pen; Draquşin, 36
Xallar: Rumıniya – 9, Kosovo – 6, Kipr – 3, Litva – 0
3-cü qrup
20:00 Bolqarıstan – Lüksemburq - 0:0
22:45 Belarus – Şimali İrlandiya - 0:0
Xallar: Belarus – 5, Bolqarıstan – 5, Şimali İrlandiya – 4, Lüksemburq – 1