Messi bu göstəricidə Ronaldodan geri qalır

Argentina millisinin üzvü Lionel Messi yığma komandada vurduğu qolların sayını 112-yə çatdırıb.
“Qafqazinfo” xəbər verir ki, 37 yaşlı hücumçu ötən gecə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Boliviya ilə matçda het-trik edərək buna nail olub.
Nəticədə Messi milli komandaların bombardirləri arasında 2-ci yerə yüksəlib. O, hazırda yalnız Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldodan 21 qol geri qalır. Kriştianonun aktivində 133 qol var.
Messi Argentina yığmasında 189, Ronaldo isə Portuqaliya millisində 216 oyun keçirib.
Bundan başqa, argentinalı milli komanda səviyyəsində 10-cu dəfə het-trik edərək, əzəli rəqibi Ronaldonun rekordunu təkrarlayıb. Ümumilikdə isə Messi karyerası ərzində 58, Ronaldo isə 66 dəfə het-trik edib.