Montella “Mançester Yunayted”in radarında

montella-mancester-yunaytedin-radarinda
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqı göndərəcəyi ilə bağlı məlumatlar yayılır. Klubun Premiyer Liqada 14-cü yerdə qərarlaşması və bütün oyunlarda üç qələbə ilə kifayətlənməsi onun qovulma ehtimalını gündəmə gətirib.
“Qafqazinfo” xəbər verir ki, ingilislərin artıq yeni baş məşqçi axtarışlarına başladığı da deyilir.
İngiltərə klubunun məşqçi namizədləri arasına daha bir mütəxəssis yer alıb. 
“Ajansspor”un məlumatına görə, klub Türkiyə millisinin çalışdırıcısı Vinçenzo Montella ilə maraqlanır.
Qeyd edək ki, Haq 2022-ci ildən klubu çalışdırır.
Türkiyə yığması isə Montellanın rəhbərliyi altında 17 matça çıxıb, bu görüşlərdə 9 qələbə, 5 məğlubiyyət və 3 heç-heçə ilə meydandan ayrılıb. İtaliyalı həmçinin “Milan”, “Sevilya”, “Fiorentina” kimi klubların “sükanı arxası”na keçib.