“Mançester Siti” qələbəyə həsrət qaldı - ÇL-də gecənin nəticələri

UEFA Çempionlar Liqasında V tur start götürüb.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 9 matç keçirilib.
“Barselona” evdə “Brest”ə 3:0 hesabı ilə qalib gəlib.
“Mançester Siti” də doğma meydanda “Feyenoord”la qarşılaşıb. “Şəhərlilər” qələbəyə yaxın olsalar da, 3:0 hesabını qoruya bilməyiblər. “Feyenoord” hesabı bərabərləşdirə bilib - 3:3.
“İnter” öz meydanında “Leypziq”i minimal hesabla məğlub edib - 1:0.
“Bayer Leverkuzen” “Zalsburq”un qapısından 5 cavabsız top keçirib.
UEFA Çempionlar Liqası, V tur
“İnter” (İtaliya) - “Leyptsiq” (Almaniya) - 1:0
“Slovan” (Slovakiya) - “Milan” (İtaliya) - 2:3
“Sparta” (Çexiya) - “Atletiko” (İspaniya) - 0:6
“Mançester Siti” (İngiltərə) - “Feyenoord” (Niderland) - 3:3
“Bavariya” (Almaniya) - PSJ (Fransa) - 1:0
“Barselona” (İspaniya) - “Brest” (Fransa) - 3:0
“Bayer” (Leverkuzen, Almaniya) - “Zaltsburq” (Avstriya) - 5:0
“Sportinq” (Lissabon, Portuqaliya) - “Arsenal” (İngiltərə) - 1:5
“Yanq Boyz” (İsveçrə) - “Atalanta” (İtaliya) - 1:6
Qeyd edək ki, turun digər qarşılaşmaları bu gün baş tutacaq.