Noyer karyerasında ilk dəfə qırmızı vərəqə aldı

noyer-karyerasinda-ilk-defe-qirmizi-vereqe-aldi
“Bavariya”nın qapıçısı Manuel Noyer karyerasında ilk dəfə qırmızı vərəqə alıb.
“Qafqazinfo” xəbər verir ki, bu, Almaniya kubokunun 1/8 finalında “Bayer Leverkuzen”lə matçın 17-ci dəqiqəsində reallaşıb. 
Meydana çıxdığı 800-cü matçında 38 yaşlı qolkiperə birbaşa qırmızı vərəqə göstərilib.
Birinci hissənin ortasında Noyer cərimə meydançasından kənara qaçıb və əks-hücumu pozaraq, “Bayer”in müdafiəçisi Jeremi Frimponq ilə çiyin-çiyinə toqquşub. Bundan sonra Noyer rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün meydandan qovulub.
Qarşılaşmanın 69-cu dəqiqəsində “Bayer”in yarımmüdafiəçisi Neytan Tella yeganə qolu vurub. 
Leverkuzen təmsilçisi “Bavariya”nı Almaniya kubokundan kənarlaşdıraraq 1/4 finala vəsiqə qazanıb.