PSJ Fransa Superkubokunu qazandı
06-yan, 08:34 114 İdman
Fransa Superkubokunun qalibi bəlli olub.“Qafqazinfo” xəbər verir ki, həlledici oyunda PSJ və “Monako” komandaları qarşılaşıb.
Qətərin paytaxtı Doha şəhərində keçirilən görüş Paris klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 90+2-ci dəqiqədə Usman Dembele vurub.
Bununla da PSJ 13-cü dəfə Fransa Superkubokunun qalibi olub.





