“Qarabağ”da ciddi itki
07-apr, 09:37 132 İdman
Azərbaycan Premyer Liqasının 29-cu turunda “Zirə” ilə qarşılaşan “Qarabağ”ın heyətində ciddi itki olub. “Qafqazinfo” xəbər verir ki, ağdamlıların yarımmüdafiəçisi Kadi Borges zədələnib.
O, 53-cü dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb. Kadinin yerinə Aleksey Kaşuk meydana daxil olub.
Qeyd edək ki, hazırda davam edən matçda “Qarabağ” 1:0 üstünlüyə malikdir. Yeganə qolu da Kadi cərimə zərbəsindən vurub.





