17 yaşında 100-cü matçına çıxdı
01-may, 10:30 154 İdman
“Barselona”nın futbolçusu Lamine Yamal komandasında yubiley matçına çıxıb.“Qafqazinfo” xəbər verir ki, Çempionlar Liqasının yarımfinalında komandasının qarşı “İnter”ə (3:3) qarşı keçirdiyi matç 17 yaşlı hücumçunun 100-cü oyunu olub.
Qarşılaşmanın ən yaxşılarından olan Yamal 24-cü dəqiqədə komandasının ilk qolunu vurub.
Qeyd edək ki, Lamin Yamal “Barselona”da debütünü 2023-cü ilin aprelində edib.





