FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
22-may, 08:42 87 İdman
FIFA prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün qalibi olan “Qarabağ”ı təbrik edib.“Qafqazinfo” xəbər verir ki, funksioner bununla bağlı AFFA prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb.
“Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam! Onların mövsümboyu davamlı səyləri və nəticələri bəhrə verib, bu mühüm titul qazanılıb. Böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm”, - məktubda bildirilib.





