Millimiz son dünya çempionu ilə qarşılaşacaq
26-may, 10:37 98 İdman
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatındakı milli komandamızın 1/8 finaldakı rəqibi müəyyənləşib.“Qafqazinfo” xəbər verir ki, yığmamız növbəti matçda son dünya çempionu Rumıniya ilə qarşılaşacaq. Son turda Fransa ilə qolsuz bərabərliyə nail olan rumınlar 4 xalla qrup mərhələsini ikinci yerdə tamamlayıblar.
Qeyd edək ki, mayın 27-də keçiriləcək Azərbaycan - Rumıniya görüşü 20:30-da start götürəcək.





