Vadji “Qarabağ”a qayıdır
26-may, 10:43 103 İdman
“Sent-Etyen”in hücumçusu İbrahima Vadji Azərbaycana qayıda bilər.“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Bildirilib ki, İ.Vadji Fransa klubu ilə müqavilə imzalamayacaq. Seneqallı forvard “Qarabağ”a qayıtmaq istəyir.
Ağdam klubu 1 milyon avroya satdığı futbolçunu azad agent kimi heyətinə qatacaq.
Qeyd edək ki, İbrahima Vadji 2021-2022 mövsümündə “Qarabağ”ın heyətində 36 oyunda 20 qol vurub.





