“Sabah” - “Sumqayıt” oyununda işıq söndü, matç dayandırıldı
29-sen, 07:59 43 İdman
Premyer Liqanın 6-cı turunda keçirilən “Sabah” - “Sumqayıt” oyunu zamanı stadionun projektorunda problem yaranıb.“Qafqazinfo” xəbər verir ki, görüşün 29-cu dəqiqəsində “Bank Respublika Arena”da işıqlar sönüb.
Bu səbəbdən də matç hazırda dayandırılıb. Sözügedən dəqiqəyə qədər görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlirdi.





