Azərbaycanlı hakim-inspektor Türkiyə millisinin oyununda
04-okt, 13:41 41 İdman
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
“Qafqazinfo” xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə – Litva görüşünün hakim-inspektoru olacaq.H qrupunun oyunu oktyabrın 10-da Türkiyənin Sakarya şəhərində yerləşən “Sakarya Atatürk” stadionunda baş tutacaq.





