Sumqayıtda kişi dəm qazından boğulub
15-yan, 09:57 2 Kriminal
Sumqayıtda 48 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Vəfadar Tapdıq oğlu Abdulzadə hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və müvafiq qurumlar cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.





