Yevlaxda beş nəfər dəm qazından zəhərlənib, ölən var

Yevlaxda beş nəfər dəm qazından zəhərlənib, ölən var
Yevlax şəhərində beş nəfər dəm qazından zəhərlənib.
 Oxu.Az-ın məlumatına görə, zəhərlənən şəxslərdən 1959-cu il təvəllüdlü Məhəmməd İsmayılov vəfat edib.
 Digər dörd nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
 Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
 Aqil Vəlili