18 yaşlı oğlanın meyiti tapıldı
19-mar, 11:26 28 Kriminal
Sabirabad rayonunda 18 yaşlı oğlanın meyiti aşkar edilib.“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Kürkəndi kəndində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Samir Sadıqovun meyiti yaşadığı ünvanda tapılıb.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov





