25 yaşlı oğlan işlədiyi bağda öldü
09-may, 11:22 8 Kriminal
Tərtər rayonunda gənc oğlan tənəffüs çatışmazlığından vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə mayın 7-si saat 16 radələrində Tərtər şəhərinin ərazisində yerləşən bağda baş verib.
Orada işləyən Yevlax rayon sakini 2001-ci il təvəllüdlü Dünyamin Ayaz oğlu Hümbətov astma bronxit xəstəliyindən ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.





