30 yaşlı qadın intihar etdi
02-iyl, 14:27 280 Kriminal
Ötən gün Bakıda intihar hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsi 31C ünvanında qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Zenfira Həmidova sözügedən binanın 12-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Onun hansı səbəbdən intihar etdiyi hələlik bilinmir.
Hazırda faktla bağlı araşdırma aparılır.





