Maşını kanala düşdü, özü yoxa çıxdı

Samur- Abşeron kanalının “Şəfəq” qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, Abusət Əliyevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Samur-Abşeron kanalına düşüb.
Maşın sudan çıxarılsa da, A.Əliyev tapılmayıb. Onun axtarışları davam etdirilir.
Qeyd edək ki, Abusət Əliyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.