Sirkə içən qadın öldü
19-avq, 11:41 191 Kriminal
Ağdaşda intihar hadisəsi baş verib.“Qafqazinfo” xəbər verir ki, rayon sakini 1948-ci il təvəllüdlü Vəzifə Nəbiyeva dünən günorta saatlarında yaşadığı evdə sirkə turşusu içib. Xəstəxanaya yerləşdirilən qadın orada vəfat edib.
Onun xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.





