31 yaşlı sürücü faciəvi şəkildə öldü

Şəmkirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, avqustun 30-u saat 13 radələrində Abbaslı kəndinin ərazisində 1993-cü il təvəllüdlü Surxay Rizvan oğlu Cəfərovu elektrik cərəyanı vurub.
Belə ki, yük maşınının sürücüsü olan Surxay avtomobilinin hərəkət etməsinə maneçilik törədən dəmir borunu qaldırmaq istəyib. Bu zaman onu ehtiyatsızlıqdan “tok” vurub. S.Cəfərov hadisə yerində ölüb.
Araşdırmalar aparılır.