Tövlənin çardağından yıxılıb öldü
06-sen, 12:03 178 Kriminal
Şəkidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.“Qafqazinfo” xəbər verir ki, 1957-ci il təvəllüdlü Məcidov Ramiz Oruc oğlu yaşadığı Oxud kəndindəki evinin həyətində olan tövlənin çardağından yıxılıb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.





