82 yaşlı kişini maşın vurub öldürdü
13-dek, 10:41 203 Kriminal
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb.
Belə ki, Ruslan Ağayev idarə etdiyi “Opel” markalı avtomobillə 1942-ci il təvəllüdlü Şöhrət Eyvazovu vurub.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan piyada vəfat edib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.





