Kürdəmirdə əməliyyat edilən qadın öldü
14-may, 10:58 91 Kriminal
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Pərvanə Əli qızı Abdullayeva mayın 12-də Kürəmir Rayon Mərkəzi Xəstəxanasında apendisit əməliyyatı olunub.
Lakin 1 gün sonra qadın xəstəxanada vəfat edib.
Yaxınları bildirib ki, P.Abdullayevanı Rəşad adlı həkim əməliyyat edib. Onlar qadının tibbi heyətin səhlənkarlığından vəfat etdiyini iddia ediblər.
Faktla bağlı araşdırma aparılır.