Mağazada 22 yaşlı satıcı boynundan bıçaqlandı
08-avq, 11:20 87 Kriminal
Sumqayıtda mağazada satıcıya hücum edilib.“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib.
Mağazada satıcı işləyən 22 yaşlı Aqil Hüseynov müştərilərdən biri tərəfindən boynundan bıçaqlanıb.
Satıcı yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.





