Gəncədə iki nəfər bıçaqlandı
10-avq, 10:26 192 Kriminal
Gəncədə iki nəfər bıçaqlanıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Gülüstan qəsəbəsində baş verib.
Belə ki, 1997-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Emin Məmmədov və 2001-ci il təvəllüdlü Röyal Rüstəmov bıçaqlanıb.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Hadisənin təfərrüatları araşdırılır.
Hazırda faktla bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Yunis Quliyev





