Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi yanaşmasını sərt şəkildə qınayıb
02-okt, 10:31 89 SiyasətQərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi yanaşmasını sərt şəkildə qınayır.
Bu barədə İcmanın yaydığı açıqlamada bildirilib.
Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının Qarabağ bölgəsindəki qanunsuz rejimin süqut etməsi və oradakı Ermənistan silahlı qüvvələrinin və digər qanunsuz silahlı birləşmələrinin tərk-silah edilərək Azərbaycan ərazisindən çıxarılması nəticəsində həmin bölgədə dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpa edilməsini tarixi hadisə kimi alqışlayır.
İcma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında əldə edilmiş bu tarixi nailiyyət münasibətilə bütün Azərbaycan xalqını təbrik edir.
“Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ədalətin təntənəsi olmaqla yanaşı, bölgədə davamlı sülhün yolunu açıb.
İnsan hüquqları, barışıq və birgəyaşayış dəyərlərinə əsaslanan Qərbi Azərbaycan İcması iki dövlət arasında sülhün bərqərar olunmasını sidq ürəklə dəstəkləməklə bərabər, Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində, sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışı missiyasını əzmlə davam etdirəcək.
İcma ümidvardır ki, Ermənistan cəmiyyəti və hökuməti bu tarixi şansı düzgün dəyərləndirərək, qarşıdurma və təcrid yolunu deyil, sülh, əməkdaşlıq və birgəyaşayış yolunu seçəcək.
İcma bu müstəvidə Ermənistanın mədəni müxtəliflik, reinteqrasiya və birgəyaşayışı rədd edən siyasətinin davam etməsindən ciddi narahatlığını ifadə edir. Məlumdur ki, Ermənistanın hər vəchlə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına qarşı çıxmasının arxasında onun Azərbaycana qarşı ərazi iddiası dayanırdı. Ermənistanın buna qarşı çıxmasının arxasında olan digər mühüm motiv Azərbaycanda uğurlu reinteqrasiya və birgəyaşayışın Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtması perspektivlərini gücləndirəcəyini hesab etməsidir. Məhz bu səbəbdən Ermənistan Qarabağdakı qanunsuz rejimin çökməsindən sonra orada yaşayan ermənilərin Azərbaycana labüd reinteqrasiyasının qarşısını almaq üçün onların Ermənistana köçməsini təşkil edib. Bu azmış kimi, Ermənistan ordusunun tör-töküntüləri Qarabağdan çıxarkən oradakı mülki infrastrukturu, inzibati binaları, fərdi yaşayış evlərini, əkin sahələrini minalayaraq oranı yaşanmaz hala gətirib. Səbəb aydındır - monoetnik siyasətindən əl çəkməmiş Ermənistan iki xalqın nümayəndələrinin nə Ermənistanda, nə də Azərbaycanda birgəyaşayışına yol vermək istəyir”, - bəyanatda qeyd olunur.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin bu irqçi yanaşmasını sərt şəkildə qınayır:
“İcma beynəlxalq ictimaiyyətə müraciət edərək, Ermənistanın sülhü seçməsi, monoetnik cəmiyyət ideologiyasına son verməsi, iki xalq arasında birgəyaşayışı və barışığı dəstəkləməsi, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində, o cümlədən, ermənilərin son həftələr köçdüyü ərazilərdə basdırdığı minaların və digər partlayıcı qurğuların dəqiq xəritəsini təqdim etməsi üçün bu dövlətə təzyiq göstərməyə çağırır”.
Mənbə: Oxu.Az