Planetar düşüncəli lider…
01-noy, 08:20 29 Siyasət21 il əvvəl - 2003-cü il oktyabrın 31-də ilk dəfə Azərbaycanın Prezidenti postuna seçilən İlham Əliyev andiçmə mərasimində bildirmişdi ki, ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalaraq Azərbaycanın qarşısında duran bütün vəzifələri yerinə yetirmək, o vaxt taleyüklü problemimiz olan Qarabağı erməni tapdağından azad etmək üçün çalışacaq.
İlham Əliyev fəaliyyətinin ilk günündən bütün gücünü bir nömrəli müqəddəs missiyası olan torpaqlarımızın azad edilməsinə yönəltdi, ölkəmizi gücləndirdi, peşəkar ordu yaratdı və tarixi zəfərlə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Xankəndi zəfəri ilə isə suverenliyimiz və konstitusiya quruluşumuz tamamilə bərpa olundu.
O, ata vəsiyyətini yerinə yetirərək qəhrəman oğul kimi adını tarixə əbədi həkk etdirdi.
Siyasi lider öz tarixi missiyasını 4 ildir ki, azad edilmiş ərazilərdə quruculuq meydanında davam etdirir. Qarabağ və Şərqi-Zəngəzuru abad və firavan məkana çevirməkdədir. Artıq 2000-dən çox ailə öz doğma evinə qayıdıb. Bölgədə həyat qaynayır...
İlham Əliyev ali dövlət kürsüsündə müstəqil Azərbaycanı son 21 il ərzində yüksək intellekti, əzmi və cəsarəti, güclü siyasi qətiyyəti və iradəsi, böyük uzaqgörənliyi, zəngin idarəçilik təcrübəsi və məharəti sayəsində ən qüdrətli dövlətə çevirib. Beynəlxalq siyasi arenada nüfuzunu və mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Bu gün dünya ölkələri onun yaratdığı reallıqlarla barışmağa məcburdur.
Cənab Prezident Qarabağı geri qaytardığı kimi, Qərbi Azərbaycan torpaqlarından didərgin düşmüş soydaşlarımızın da tarixi yurdlarına geri dönüşü üçün yorulmadan çalışır.
İnanırıq ki, İlham Əliyev biz - Qərbi Azərbaycanlıların da torpaq həsrətinə son qoyacaq. O buna qadirdir, bütün vədlərini yerinə yetirən, öz imzasını təsdiq edən dahi liderdir!
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor