Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var
30-sen, 09:08 2 Sosial
Naxçıvanda motosikletlə skuter toqquşub.“Qafqazinfo”nun məlumatına görə, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Qəza nəticəsində 3 nəfər - Uğur Əsgərov, Amin Quliyev və Simuzər Xəlilli xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov





