Şüvəlanda 33 yaşlı qadını avtomobil vurub

Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, avtomobil 1990-cı il təvəllüdlü Sadıqova Cəmilə Kamil qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.